Almond Park-da artıq qaz açılır

Опубликовано В рубрике Aktual Xəbərlər, Bina Tikintisi, Xəbərlər

Bakıxanov qəsəbəsində yerləşən premium Almond Park adlı layihəsində artıq qaz açılır və həyətin abadlaşmasına start verilib.

Almond Park haqqında

“Almond Park” şirkəti yaşayış komplekslərinin inşası sahəsində ixtisaslaşmış, daşınmaz əmlak bazarında uğurla inkişaf edən tikinti şirkətidir.

Tikinti və daşınmaz əmlakın idarə olunması sahəsində uzun illik təcrübəyə sahib mütəxəssislərin rəhbərliyi altında fəaliyyət göstərən şirkətimizin məqsədi göydələnlər şəhəri olan gözəl Bakımızda müasir və təhlükəsiz yaşayış binaları ucaltmaqdır. Keyfiyyətin təminatı olaraq yüksək ixtisaslı kadrlarla çalışır, beynəlxalq standartlara cavab verən keyfiyyətli və uzunömürlü tikinti materialları və ən son texnologiyalardan istifadə edirik.

Yaşayış komplekslərimiz dövrün tələbi ilə yanaşı, gələcək sakinlərimizin istəkləri nəzərə alınmaqla peşəkar memar heyəti tərəfindən layihələndirilir, sağlam təməl, müasir dizayn, innovativ həllər əsasında inşa olunur.

Uğurlu layihələrlə Azərbaycanın qabaqcıl və yenilikçi şirkətlərindən biri olmaq, sakinlərimizin xəyallarında canlandırdığı rahatlıq və komfortun ünvanına çevrilmək üçün əzmlə çalışırıq.

Hal-hazırda tikintisini planlaşdırdığımız “Zeytunluq” layihəsi şəhərimizin infrastruktur cəhətdən əlverişli yerlərindən hesab olunan Bakıxanov qəsəbəsində ABAD layihə çərçivəsində inşa olunacaq. Öz unikal xarici görünüşü ilə diqqət cəlb edən yeni “Zeytunluq” layihəsində geniş və işıqlı mənzillərə sərfəli şərtlərlə sahib olmaq mümkündür.

Paylaşım et