Umid İnşaat

Əsas məlumat

Hüquqi adı Umid İnşaat MMC
VÖEN 0000000000
Xidmətlər Tikinti, Təmir, Dizayn
Ünvan Binəqədi rayonu, Dairəvi 3097
Telefon +994125555280
E-mail [email protected]
Veb-sayt https://umidinshaat.az/
Facebook https://www.facebook.com/umidinshaat/
LinkedIn https://az.linkedin.com/in/umid-in%C5%9Faat-llc-a89b72209
Instagram https://www.instagram.com/umid_construction/

Şirkət haqqında

“Umid İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir. Şirkət qeydiyyata alındığı  gündən indiyətədk çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini almış, proyektləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Daim inkişafda olan müəssisəmiz Bakı şəhəri ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirir.

Missiyamız: Müştərilimizin maraqlarını qorumaq üçün qabaqcıl texnologiyalarla istehsal olunmuş materiallarla təmin olunmasını satıcılardan tələb etməklə, işimizi peşəkarcasına, məsuliyyətlə, keyfiyyətlə həyata keçirməkdir.

Hədəfimiz: Xidmət sahələrimizi daha da genişləndirərək, Azərbaycanın bir neçə regionunda, 2030-cu ilə qədər isə dünyanın 5 inkişaf etmiş ölkəsində nümayəndəliklərimizi açmaqdır.

Prinsiplərimiz: “Şəffaflıq, keyfiyyətli iş, etibarlılıq, düzgünlükdür. Bu prinsiplərə əməl olunması – bizim uğurlu inkişafımızın qarantıdır.

Məqsədimiz: Qarşımıza qoyduğumuz məqsədləri yerinə yetirməyə imkan verən əsas resursumuz əməkdaşlarımızdır. Tikinti sahəsində geniş təcrübəsi olan ən yaxşı peşəkarları seçirik.

“Umid İnşaat” MMC də obyektlərdə görülən işlərin və istifadə olunan materialların keyfiyyətinə nəzarət xüsusi olaraq  Baş Mühəndis tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Baş Mühəndis mütamadi olaraq obyektlərə baxış keçirməli və işlərə mərhələlər üzrə nəzarət edərək onların Dövlət standartları üzrə müəyyən olunmuş tikinti norma və qaydalarına və işin layihəyə uyğunluğunu yoxlamalıdır. Əgər hər hansı nöqsana rast gəlinərsə o nöqsan aradan qaldırılması üçün tapşırıqlar verməli və daha sonra təkrar yoxlamalıdır. Bundan əlavə Bayır mühəndis-komunikasiya və şəbəkələrinin qurulması və xüsusi qurğuların tikintisi və quraşdırılması zamanı nəzarətin gücləndirilməsi nəzərdə tutulur. Bundan başqa nəzarət ölçü cihazlarımızın sayəsində işlərimiz daha dəqiq və keyfiyyətli aparılması nəzərdə tutulur.