Əsas məlumat
Hüquqi adı | Protean Construction ASC |
VÖEN | 9900062801 |
Xidmətlər | Tikinti, Bina tikintisi, Mühəndislik, Sənayə |
Ünvan | Bakı şəhəri, Xətai rayonu, Kazımağa Kərimov küçəsi 236 |
Telefon | +994123791742 |
[email protected] | |
Veb-sayt | https://protean.az/ |
Şirkət haqqında
Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri və su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşmış və yüksək reputasiyaya nail olmuşdur.
“Protean Construction” ASC böyük həcmdə inşaat işlərini yüksək keyfiyyətlə və qısa vaxtda yerinə yetirmək üçün kifayət qədər maddi-texniki bazaya və ixtisaslaşmış kadr potensialına malikdir. Görülən tikinti və təmir işlərini hər zaman vaxtında, yüksək keyfiyyətlə və texniki təhlükəsizlik qaydalarına əməl etməklə yerinə yetirilmişdir.
Şirkətimiz TS EN ISO 9001:2008, TSE-ISO-EN 9000, TSE İSG-OHSAS TS 18001:2014 sertifikatları ilə yanaşı Bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verən 089540 №-li lisenziyaya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi), Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarını həyata keçirməyə icazə verən 074202 №-li lisenziyaya (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) və Asfaltbeton qarışığı və beton qarışığı üzrə uyğunluq sertifikatına malikdir.