Əsas məlumat
Hüquqi adı | "Penoplex Prikavkazye" MMC |
VÖEN | 0000000000 |
Xidmətlər | Polimer əsasında tikinti və dekorativ bəzək materialların istehsalı |
Ünvan | AZ1412, Hacıqabul rayonu, Atbulaq kəndi, Hacıqabul Sənaye Məhəlləsi/Parkı |
Telefon | +000000000000 |
[email protected] | |
Veb-sayt | https://penoplex.com/az/ |
Şirkət haqqında
“PENOPLEX” şirkəti polimer əsasında tikinti və dekorativ bəzək materialları istehsalçısıdır. 25 ildən çoxdur ki, müxtəlif ölkələrdə zavodlar müxtəlif peşəkar və özəl məqsədlər üçün effektiv xüsusiyyətlərə malik ekstruziya penopolistirolundan PENOPLEKS® istilik izolyasiya materialını istehsal edirlər.
2023-cü ildə Atbulaq qəsəbəsində (Azərbaycan Respublikası) Hacıqabul Sənaye Məhəlləsində PENOPLEKS ekoloji istilik izolyasiya materialları istehsal edən zavod açılmışdır. İstehsal xəttinin gücü ildə təxminən 300 min kubmetr ekstruziya penopolistirolu təşkil edəcəkdir.
PENOPLEKS ilə sistem həllərində PLASTFOIL hidroizolyasiyalı PVC membranları, köpüklü yapışdırıcılar, PLASGUARD qoruyucu və drenaj profilli membranlar, geotekstil, ayırıcı təbəqələr, bərkidici elementlər və dam, divar və bünövrə üçün digər aksesuarlar istifadə olunur.
PENOPLEX istilik izolyasiyası yüksək istilik qoruyucu xüsusiyyətləri sayəsində istilik və kondisionerləşdirməyə qənaət etməyə imkan verir. Həmçinin ekstruziya penopolistirol plitələri demək olar ki, nəm və mikroorqanizmlərin təsirinə məruz qalmır ki, bu da tikililərin uzunmüddətli qorunmasına kömək edir və xidmət müddətini artırır.