Əsas məlumat
Hüquqi adı | İmzalı MMC |
VÖEN | 1202810511 |
Xidmətlər | Plitə yapışdırıcıları, keramoqranit yapışdırıcıları, fuga, hidroizolyasiya materialları, hazır suvaqlar, təmir, döşəmə və örtük materialları, istilik izolyasiya sistemləri |
Ünvan | A. Qayıbov küçəsi 10/23, Nərimanov rayonu, Bakı, Azərbaycan |
Telefon | +994102342727 |
[email protected] | |
Veb-sayt | https://imzali.az |
https://facebook.com/imzali.az | |
https://instagram.com/imzali.az |
Şirkət haqqında
İmzalı MMC — tikinti materiallarının istehsalı sahəsində ixtisaslaşmış yerli şirkətdir. Şirkət plitə və keramoqranit yapışdırıcıları, fuga, hidroizolyasiya, suvaq, döşəmə və istilik izolyasiya məhsulları istehsal edir. Müasir texnologiyalarla təchiz olunmuş laboratoriyada yoxlamalardan keçirilən məhsullar ISO 9001 standartlarına uyğun şəkildə təqdim olunur.
İmzalı keyfiyyət, etibarlılıq və müştəri məmnuniyyətinə əsaslanan xidmət anlayışı ilə tikinti sahəsində geniş tanınmış markadır.
10 illik təcrübəyə əsaslanaraq müxtəlif təyinatlı kafel və keramika yapışdırıcıları, dərz doldurucuları, hidroizolyasiya məhsulları, hazır suvaqlar, təmir məhlulları, üzlük və döşəmə materialları, termoizolyasiya materialları istehsal ediririk
Məhsullar ən son texnoloji avadanlıqlarla tam avtomatlaşdırılmış şəraitdə hazırlanır. Şirkət tikilən hər bir binanın insanların rahatlığı və təhlükəsizliyi üçün əhəmiyyət kəsb etdiyini bilərək daima keyfiyyət meyarını önə çəkir. İstehsal olunan məhsullar müntəzəm olaraq İmzalı keyfiyyətə nəzarət laboratoriyalarında yoxlanılır və tədqiq olunur. Şirkət ISO 9001 Keyfiyyət İdarəetmə Sistemi və yerli standartlarla fəaliyyət göstərir. Bütün məhsullar Avropa standartlarının tələb və kriteriyalarına uyğun olaraq istehsal olunur.
İmzalı mütəmadi olaraq işçi heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsinə çalışır. Etibarlı məhsulları ilə hər bir müştərinin tələbinə cavab verən xidmət və keyfiyyətlə müştəri məmnuniyyəti təmin edilir. Gələcək nəsillər üçün daha ekoloji təmiz məkanlar yaratmağa səy göstərilir.