Fleetstock

Əsas məlumat

Hüquqi adı "Fleetstock" MMC
VÖEN 0000000000000
Xidmətlər Avtomobil və sənaye üçün filtrlər, yağlar, qayışlar, akkumulyatorlar, kompressor və generatorlar
Ünvan Ziya Bünyadov 67A, AZ1052, Bakı, Azərbaycan
Telefon +994703215666
E-mail [email protected]
Veb-sayt https://fleetstock.az/
Facebook http://facebook.com/fleetstock
LinkedIn https://www.linkedin.com/company/fleetstock
Instagram https://instagram.com/fleetstock

Şirkət haqqında

“Fleetstock» şirkətlər qrupu 1999-cu ildən etibarən fəaliyyətdədir və müxtəlif istiqamətlərdə Azərbaycan Respublikasının ölkə iqtisadiyyatına inteqrasiya olunmuş perspektivli şirkətdir.

Baş direktor cənab Emin Həsənli simasında şirkətin bütün mühəndis heyətinin tədqiqat işi və missiyası daima inkişaf etmiş ölkələrdə keçirilən təlimlərin nəticəsi olaraq istehsal prosesinə aid əldə etdikləri yenilikləri doğma vətənimiz Azərbaycanda və qonşu ölkələrdə tətbiq edilməsini təşkil etmək, həm real tələbə uyğun, həm də gələcək üçün istehsal proseslərinin planlı avtomatlaşdırılması və robotlaşdırılması yolunda müasir layihələrin hazırlanmasını həyata keçirtməkdir.

Şirkətin qida və qeyri-qida sənayesi üçün təklif etdiyi xidmətlər müasir sistemli istehsal imkanlarını bir çox cəhətdən üstələyəcək 250-yə yaxın texniki həlldən ibarətdir. Xüsüsi təlim keçmiş mühəndislərin təqdim etdiyi texniki həllər istehsal prosesində minimal xərclərlə maksimal keyfiyyətli məhsulun əldə edilməsində xüsusi rol oynayırlar.

«Fleetstock» şirkətlər qrupu illərdir göstərdiyi səy və təşəbbüsün nəticəsi olaraq bu gün istehsalçıya aşağıda sadalanan bir çox xidmətləri təklif edə bilir: sənayenin müxtəlif istiqamətlərində texniki auditin aparılması; istehsal xərclərinin idarəolunan edilərək minimallaşdırılması; sıxılmış hava itkilərinin aşkarlanması; avadanlıqların sıradan çıxma səbəblərinin təhlili; hava kompressorlarının və digər avadanlıqların servisi; sıxılmış havanın keyfiyyətinə nəzarət mexanizminin qurulması; tələb olunan standarta uyğun havanın təmin edilməsi; HACCP sisteminin əvvəldən sonadək qurulması və protokollaşdırılması; 100 mikrondan 0,01 mikrona qədər müxtəlif maye və qazlarda filtrasiya sisteminin qurulması; qida istehsalı obyektlərində qida təhlükəsizliyinin qurulması; azot, hidrogen və oksigen generatorlarının servisi; “CCP” kritik riskli nöqtələrin təyin edilməsi; avia yanacağın xüsusi filtrasiyası və protokollaşdırılması; hava, yanacaq, yağ və hidravlika sistemlərinin protokollaşdırılması; müxtəlif avadanlıqların elektrik mühərriklərinin inspeksiyası; müxtəlif elektrik və sənaye ölçü cihazlarının təmin edilməsi; fasiləsiz güc qaynaqları olan sənaye akkumulyatorları; hazır mühərriklər və generatorların təmin edilməsi və servisi; müxtəlif sənaye sürtgü yağlarının təmin edilməsi; fiber optik kabellərin istənilən hündürlüyə və uzaqlığa təhlükəsiz üfürülməsi; tullantı suların emalı üçün layihələr və avadanlıqlar; 6000 bara qədər olan yüksək təzyiqli su nasoslarının satışı və servisi; sənayedə intelektual idarə mexanizminin qurulması; sənaye obyektlərində elektron hissələrin təmiri və servisi; sənaye obyektlərinin avtomatlaşdırılması və robotlaşdırılması; maye qaz və metan qaz avadanlıqlarının quraşdırılması; sənaye obyektlərində risklərin analizi; bütün növ risklərin sığortalanmasının təşkil olunması və s.