Əsas məlumat
Hüquqi adı | "ENGİNEER-GEOLOG" MMC |
VÖEN | 1802419351 |
Xidmətlər | Laboratoriya Xidməti, Qruntun İstilik Keçiriciliyi, Geologiya, Hidrogeologiya, Topoqrafiya, SPT (Standart Penetrasiya Testi), Geofizika, Geotexnika |
Ünvan | Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə 2 |
Telefon | +994125416449 |
[email protected] | |
Veb-sayt | https://engineergeolog.az/ |
Şirkət haqqında
«ENGINEER-GEOLOG» MMC 03 fevral 2016-cı il tarixdən fəaliyyətə başlamışdır. Müəssisənin fəaliyyəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş «Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis axtarış işlərina» icazəyə dair 088249 saylı LİSENZİYA əsasında mühəndis-geodeziya işləri, mühəndisi-geoloji axtarış işləri, mühəndis-hidrogeoloji axtarış işləri və geofiziki işlərini yerinə yetirir.
Laihələndirilən bina, qurğu və konstruksiyaların tikiləcəyi (qurağdırılacağı) sahələrin mühəndis-geoloji şəratinin qiymətləndirilməsi, gələcəkdə özül rolunu oynayacaq süxurların möhkəmlik göstəricilərinin öyrənilməsi, sahədə ola biləcək sürüşmə zonalarının, karst boşluqlarının, palçıq vulkanı brekçiyalarının və s. tikintilərin dayanıqlığına təsir göstərə biləcək anomal şəraitlərin aşkara çıxarılması məqsədi ilə «ENGİNEER- GEOLOG» MMC tərəfindən topoqrafiya-geodeziya xidmətləri, mühəndisi- geoloji quyuların qazılması, süxur nümunələrinin götürülməsi (birqat, ikiqat, üçqat və «shelby tube» tipli nümunə götürənlərlə, pozulmamış və şneklǝ strukturu pozulmuş), geotexniki (SPT, Pressiometr sınağı), geofizikiüsullarla qruntlarda eninə və uzununa dalğaların yayılması seysmikliyin təyini, hidrogeoloji işlərlə yeraltı suların yayılmasının öyrənilməsi, yeraltı suların kimyəvi tərkibinin təyini, götürülmüş süxur nümunələri üzərində laboratoriya tədqiqatlarının aparılması və s. Mövcud yerli və beynəlxalq standartların tələbləri çərçivəsində müasir mühəndis-geologiyasının əsasını təşkil edən işlər yerinə yetirilir.