Əsas məlumat
Hüquqi adı | “BAFCO İnvest” MMC |
VÖEN | 00000000000000000000 |
Xidmətlər | Xüsusi ucluqlu və altlıqlı qoruyucu işçi ayaqqabılarının istehsalı |
Ünvan | AZ0200, Ağdam rayonu, Ağdam Sənaye Parkı, Azerbaijan |
Telefon | +994102322550 |
[email protected] | |
Veb-sayt | https://bafco.az/ |
Təqdimat/Kataloq | Yüklə |
https://www.facebook.com/people/Bafco-Invest/pfbid0ue6WfgQHuGDvAeHKbEU3EUKjFb3dL8pWrYocntED8xkt4w9f5jqXU96Kxk9qnkAxl/ | |
https://www.linkedin.com/company/94218302/admin/feed/posts | |
https://www.instagram.com/bafco.azerbaijan | |
YouTube | https://www.youtube.com/@BafcoInvestLLC |
Şirkət haqqında
“BAFCO İnvest” MMC 2023-cü ilin əvvəlində Ağdam Sənaye Parkının rezident statusunu almışdır. Sənaye Parkının 2,5 hektar ərazisində yerləşən fabrik müxtəlif iqtisadiyyat sahələrində istifadəyə uyğun, xüsusi ucluqlu və altlıqlı qoruyucu işçi ayaqqabılarının, o cümlədən poliuretan çəkmələrin istehsalı ilə məşğuldur.
İstehsal prosesi və keyfiyyətə nəzarət, bu sahədə yüksəkixtisaslı yerli və xarici mütəxəssislər tərəfindən idarə olunur. Bu isə keyfiyyət və etibarlılıq baxımından yüksək tələblərə cavab verən məhsulların istehsal olunmasına təkan verir.
Fabrikdə Almaniya markasına aid “DESMA 622/24” və “DESMA B512/12 avadanlıq modelləri quraşdırılıb. Sənaye və tikinti müəssisələri, dəmir yolları, istehsalat, kənd təsərrüfatında və digər sahələrdə çalışan işçilər üçün istehsal olunan ayaqqabılar, yüksək keyfiyyətli materiallardan hazırlanır və aşınma, sürtünmə, deşilmə, bakteriyalara, benzin, yağ, zərbələrə və digər təsirlərə davamlıdır. Altlığı inyeksiya üsulu ilə birləşdirilən ayaqqabılar ən yüksək təhlükəsizlik və etibarlılıq tələblərinə cavab verərək, çətin şəraitdə çalışan və ayaqlarının güvənli qorunmasını tələb edən işçilər üçün nəzərdə tutulub.